• 20 Sentyabr 2024 15:32

“Nikosayağı”nın qəzasında ölən Ruslanın atası Rusiya ordusunda vəzifəli şəxs olub – YENİ DETAL

“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin idarə etdiyi avtomobilin qəzaya uğraması nəticəsində dünyasını dəyişən Ruslan Məmmədov Azərbaycanın tanınmış iş adamı, Şimali Osetiyada (Vladikafkazda) Azərbaycan doasporunun rəhbəri olan Şahin Məmmədovun oğludur.

Sfera.az xatırladır ki, avtomobil qəzası avqustun 15-də baş verib.

Bloger N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil Heydər Əliyev prospektində TIR-a çırpılıb. Avtomobil qəzası nəticəsində “Porsche”də olan sərnişin R.Məmmədov dünyasını dəyişib.

Qəzada həlak olan Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü R.Məmmədovun atası Ş.Məmmədov Gəncədəki “İmperial” şadlıq evinin sahibidir. Ş.Məmmədov vaxtilə Rusiyanın 9-cu ordusunun Abxaziyada yerləşən bölməsində təhcizat rəisi vəzifəsində çalışıb.

Tacxeber.com

Oxşar xəbərlər