• 10 Noyabr 2024 13:50

Baqdasarov: “İrəvan anlamalıdır ki, heç kim onların köməyənə gəlməyəcək”

 

“Dünya bu gün Qarabağdakı vəziyyətə heç bir şəkildə reaksiya vermir. Hər kəs öz maraqları ilə yaşayır”.

Tacxeber.com xəbər verir ki, bunu Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktoru Semyon Baqdasarov deyib.

Yaranmış vəziyyətlə İrəvanın mövqeyinə gəldikdə erməni ekspertin sözlərinə görə, nəhayətində, Ermənistan rəhbərliyinin başa düşməsinin vaxtı çatıb ki, heç kim köməyə gəlməyəcək.

“Onlar öz milli təhlükəsizliklərini düşünməlidirlər”, – o qeyd edib.

Ekspert əlavə edib ki, Qarabağla bağlı Azərbaycanın mövqeyi aydındır: “Onların nə istədiklərini təsəvvür etmək çətin deyil. Blokadanı davam etdirib, əhalini taqətdən salmaq. Sonra isə əhali ən yaxşı halda Qarabağdan sıxışdırılıb çıxarılacaq”.

Qeyd edək ki, Azərbaycan tərəfi “blokada” yalanını BMT TŞ-də yetərincə tutarlı arqument və dəlillərlə ifşa etdi.

Tacxeber.com

Oxşar xəbərlər