• 23 Noyabr 2024 09:38

Tənha adamları hansı xəstəlik öldürür?

 

Avropa Kardioloqlar Cəmiyyətinin alimləri tənhalığın yüksək risklə ürək-damar xəstəliklərinə səbəb olduğu qənaətinə gəlib.

“Medicina” xəbər verir ki, tənhalıq siqaret, içki, depressiya və dieta qədər təhlükəlidir.
Tuleyn universitenin əməkdaşı Lu Çinin fikrinə görə, sosial ünsiyyət ürək sağlamlığı üçün vacibdir. Xüsusən yaşlı və diabet xəstələri insanlar tənha qalmamalıdır.

Fiziki və emosional sağlamlıq üçün tənhalıqdan çıxıb, müəyyən qruplara qoşulmaq lazımdır.
“Diabet xəstələrinə tövsiyə edərdim ki, ümumi maraqları olan, ya da eyni diaqnozlu xəstələrlə ünsiyyət qrupları yaratsınlar, dərnəklərə, klublara getsinlər”.

Tədqiqatda iştirak edən 18 min nəfər 37-70 yaş arası britaniyalının tənhalıq və ünsiyyət dəyərləri, fiziki aktivliyi, bədən çəkisi, dərman və xəstəlikləri, zərərli vərdişləri və analizləri qeydə alınıb.

Nəticələr göstərib ki, 10 il ərzində 3500 insanda ürəyin işemik xəstəliyi, infarkt və insult yaranıb.
Müəyyən olunub ki, tənhalıq üzrə ən yüksək balı alanlarda ürək xəstəliyinin inkişafı daha çox olub.

Tacxeber.com

Oxşar xəbərlər