Ermənistanın Tavuş vilayətinin İcevan rayonunda avtobusda türkcə danışan şəxs saxlanılıb.
Tacxeber.com Globalinfo-ya istinadən xəbər verir ki, avtobusda erməni sərnişinlər bir nəfərin türkcə danışdığını, telefonuna türk nömrələrindən zənglər gəldiyini görüblər.
Onlar avtobusu saxlatdıraraq polis çağırıblar. Əraziyə gələn polislər türkcə danışdığı iddia edilən şəxsi bölməyə aparıblar.
Yerli sakinlər bildirirlər ki, əvvəlcə onun azərbaycanlı olduğundan şübhələnsələr də, sonradan Türkiyə türkü olduğu deyilib.
Polis bölməsinə aparılan şəxslə bağlı əlavə məlumat yoxdur.