• 22 Noyabr 2024 10:38

Putinlə Ərdoğanın yeni planı: Türkiyə, Rusiya və Qətər yeni “taxıl sövdələşməsi” hazırlayır

Putinlə Ərdoğanın yeni planı: Türkiyə, Rusiya və Qətər yeni

“Rusiya taxılı kasıb ölkələrə, o cümlədən Afrikaya tədarük edəcək, bu zaman Türkiyə təşkilatçı, Qətər isə tədarüklərin sponsoru kimi çıxış edəcək…”

Rusiya, Türkiyə və Qətər “taxıl sövdələşməsi”nin əvəzinə Ukraynanın iştirakı olmadan yeni müqavilə hazırlayır.

Bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Məlum olduğu kimi, Moskva Ankaranı özünün “taxıl sazişi”ndən çıxması barədə xəbərdarlıq edib.

Yeni müqaviləyə uyğun olaraq, Rusiya taxılı kasıb ölkələrə, o cümlədən Afrikaya tədarük edəcək. Bu zaman Türkiyə təşkilatçı, Qətər isə tədarüklərin sponsoru kimi çıxış edəcək.

Eyni zamanda, Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiyadan əvvəlki “taxıl sazişi”ni bərpa etməyi xahiş edib ki, Ukraynadan da taxılı tədarük etmək mümkün olsun.

Anakara taxıl tədarükünü BMT-nin himayəsi altında bərpa edilməsini təklif edir.

Nəşrin məlumatına görə, yeni saziş artıq qarşıdakı istirahət günlərində Budapeştdə imzalana bilər.

Rusiyanı təmsil edəcəck Tatarıstan rəhbəri Rüstəm Minnixanov artlq oraya uçub. Sonradan Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan da oraya gələcək.

Bu arada Türkiyənin “Yeni Şafak” qəzeti məlumat verib ki, Türkiyə hakimiyyəti “taxıl sövdələşməsi” ətrafında vəziyyətin inkişafının üç ssenarisini nəzərdən keçirir.

Birinci ssenariyə görə, “taxıl sövdələşməsi” məsələsi həll edilməyəcək, bu səbəbdən dünyada ərzaq böhranı kəskinləşəcək.

İkinci ssenari “birtərəfli hərəkətləri və ikitərəfli sazişlər əsasında alternativ marşurtların yaradılmasını” nəzərdə tutur.

Üçüncü ssenari Moskvanın narahatlığının nəzərə alınması və taxıl sövdələşməsinin əvvəlki rejimdə bərba edilməsidir. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər