• 20 Sentyabr 2024 08:14

Qripdən necə qorunaq?

Qripden nece qorunaq

 

Qrip, hava-damcı yolu ilə ötürülən yuxarı tənəffüs yollarının iltihabı ilə xarakterizə olunan Kəskin Respirator Virus İnfeksiyaları (KRVİ) qrupuna aiddir.

Qripin inkubasiya dövrü bir neçə saatdan 1-3 günə qədər davam edir. Xəstəlik kəskin şəkildə başlayır, xəstənin bədən istiliyi 40 °C – yə qədər qalxır, şiddətli zəiflik, baş ağrısı, titrəmələr, başgicəllənmə, işıq qorxusu, tərləmə, boğazda quruluq və qızartılar, əzələlərdə və oynaqlarda ağrılar, halsızlıq, burunla nəfəsalmanın pozulması, gözlərdə ağrı ilə özünü göstərirBəs qripdən necə qorunaq?

İlk öncə getdiyiniz məkanlardan asılı olmayaraq əllərinizi tez-tez sabunla yuyun. Çünki, həm qrip həm də digər xəstəliklərin yaranma səbəbi mikoroblardır. Mikroblar isə orqanizmə ən çox əllərimizin vasitəsi ilə daxil olurlar. Buna görə də əllərimizin təmizliyinə maksimum dərəcədə diqqət etməliyik.

Qrip olan insanlarla yaxından təmasda olmayın. Əl sıxaraq belə görüşməyin. Antibakterial salfetkalardan istifadə etmək yerinə tez-tez əlinizi və üzünüzü sabunla yuyun. Çünki həmin salfetlər virusu öldürməkdə acizdir. Amma sabun bütün bakteriya və mikrobları məhv edir.

A, C və E vitamini ilə bol olan qidalardan çox istifadə edin. Xüsusən soğan, sarımsaq kimi qidalar mikrob və bakteriyaları öldürür.

Qaraciyər metabolizmasının və bağırsaq florasının sağlam çalışması da qripə qarşı müdafiədə əhəmiyyətli rola malikdir. Qaraciyərdə maddələr mübadiləsini gücləndirmək üçün cəfəri-limon qarışığı yeyin. Cəfəri-limon qarışığı eyni zamanda qaraciyər yağlanılmasını aradan qaldırmağa kömək edir.

Tacxeber.com

Oxşar xəbərlər