Əhəd Abıyev bu rayona icra başçısı göndərilir? Dünya Gündəm 21 Avqust 2023 09:48 400 Paylaş Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı bildirilir.Tacxeber.com-ın xəbərinə görə, Siraqəddin Cabbarovu Daşkəsənin sabiq icra başçısı Əhəd Abıyev əvəzləyəcək.Qeyd olunur ki, S.Cabbarov gedəciyini bilir, artıq hazırlıqlara başlayıb.Xatırlatma: Bir müddət əvvəl işdən çıxarılmasından danışan Ə.Abıyev bildirmişdi ki, Aran rayonlarında işləyə bilər, hələ gümrahdır.Ə.Abıyevlə əlaqə saxlasaq da, zənglərimizə cavab verməyib.Tacxeber.com