• 10 Dekabr 2024 22:42

Nemət Pənahlını gizli çəkdilər: dialoqu, borcu müzakirə olundu – VİDEO

 

Bu gün səhər saatlarında Azərbaycan Milli Dövlətçilik partiyasının sədri Nemət Pənahlını DYP əməkdaşları saxlayıb.

DYP əməkdaşı 90-KM-590 dövlət nömrə nişanlı avtomobili idarə edən Nemət Pənahlıya Tbilisi prospekti, “Avropa” hotelinin yaxınlığında  “saxla” əmri verib.

Bu foto və videonu Sitat.info-ya göndəriblər.

Bildiriblər ki, Nemət Pənahlının avtomobili yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb: “Ehtimal ki, Nemət Pənahlı yol hərəkəti qaydalarını pozub. Polis əməkdaşı sənəd tələb etdi. Partiya sədri sənəd təqdim etmədi, mübahisə yaşandı. DYP əməkdaşı ilə Nemət Pənahlı arasında  təxminən 15 dəqiqə söhbət oldu. Həmin ərazidə tıxac səbəbindən hadisəni sona qədər izləyə bilmədim”.

Ölkə.Az xəbər verir ki, Nemət Pənahlının saxlanılmasından daha çox onun bahalı maşını müzakirə olunub. Bundan əlavə isə siyasətçinin 4700 manat cərimə borcunun olduğu bildirilib.

 

 

Oxşar xəbərlər