• 08 Sentyabr 2024 05:29

Nemət Pənahlının avtomobili cərimə meydançasına niyə aparılıb? – Rəsmi

 

Məlum olduğu kimi, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının avtomobili saxlanılaraq cərimə meyxançasına aparılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli “Ölkə.az”a bildirib ki, Nemət Pənahlıya məxsus “Toyota” markalı avtomobilin 1100 manat ödənilməmiş cəriməsi olub.

“Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinə uyğun olaraq, Nəsimi Rayon Məhkəməsi avtomobilin hərəkətdən uzaqlaşdırılması barədə qərar qəbul edib. Nemət Pənahlıya qeyd olunan vəziyyət izah edilib, hüquqi izahdan sonra şəxs barəsində qanuni tədbirlər görülüb”, – qurum rəsmisi əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər