• 22 Noyabr 2024 13:09

Paşinyana çətir atan qadını bu qədər həbs gözləyir

 

Ermənistanın Baş naziri Nikol Paşinyana çətir atan qadın Narine Asatryanı 2 ildən 5 ilə qədər həbs gözləyir.

Tacxeber.com xəbər verir ki, həmin qadın vəzifəli şəxsin qanuni fəaliyyətinə mane olmaq məqsədilə ona qarşı zorakılığa cəhddə ittiham edilir.

Bildirib ki, cinayət işi avqustun 17-də baxılması üçün məhkəməyə təqdim olunub.
Qeyd edək ki, hadisə 2023-cü il aprelin 10-da Paşinyanın işgüzar səfəri zamanı baş verib.

Tacxeber.com

Oxşar xəbərlər