• 21 Noyabr 2024 15:20

Taxıl bahalaşacaq – “böhran gözlənilir”

 

Rusiyanın taxıl ixracı rüsumlarını qaldırması qərarı taxılın qiymətini qaldıra bilər.

Tacxeber.com xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, Rusiya taxıl sazişindən çıxmaqla da dünyaya yenidən həyacan yaşatdı və BMT-nin və Türkiyənin çoxsaylı cəhdlərinə baxmayaraq, sazişə dönməyəcəyini bildirdi. Bu isə Qara dənizdə taxıl daşıyan gəmilərə imkan verilməyəcəyi demək idi:

“Bir neçə gün əvvəl isə “The Wall Street” jurnalı yazmışdı ki, Amerika Dunay limanları vasitəsilə Ukraynadan çıxan taxılı daşıyan gəmiləri qorumaq üçün “hərbi həll” variantını düşünür. Bu isə Qara dənizdə NATO-Rusiya müharibəsinin qığılcımı ola bilərdi. Lakin Amerika tərəfi sonra açıq elan etdi ki, Rusiya ilə müharibə etmək fikirləri yoxdur.

Həmin mövzu azacıq qapanar-qapanmaz  Rusiya Kənd Təsərrüfatı Nazirliyi taxıl məhsullarının ixrac rüsumunu qaldırdıqları ilə bağlı məlumat yaydı. Belə ki, Rusiya 23 avqustdan etibarən ölkədən çıxan buğda üçün ixrac rüsumunu bir ton üzrə 3712,8 rubldan  4269,9 rubla qədər artıracaq. Eyni zamanda arpanın ixrac rüsumu 439,6 rubldan 860,3 rubla, qarğıdalının ixracrüsumu isə 2175,1 rubldan 2495,2 rubla qaldırılacaq”.

Ekspertin sözlərinə görə, “Taxıl sazişinin” komaya düşməsi, Qara dənizdə potensial təhlükə, ixrac rüsümlarının qaldırılması taxıl böhranın yenidən yaşanmasına rəvac verə bilər. Onsuz da ixrac rüsumunun artması qiymət artımını qaçılmaz edəcək:

“İndi çox şey Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında avqustun sonu, sentyabrın əvvəli gözlənilən görüşdən asılıdır. Çünki, Türkiyə Prezidenti Rusiya rəhbərinin səfəri zamanı bir sıra məsələlərlə bağlı, o cümlədən Qara dəniz limanları vasitəsilə Ukraynanın kənd təsərrüfatı məhsullarının dünya bazarlarına tədarükünün bərpa olunmasına dair razılaşma əldə etməyi planlaşdırır. Yeri gəlmişkən, görüşün avqustun 31-də baş tutması da mümkündür” – deyə E. Əmirov əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər