• 20 Sentyabr 2024 04:52

“Tik-Tok”da özünü usta kimi təqdim edərək insanları aldadan şəxs saxlanılıb

 

“Tik-Tok”da özünü usta kimi təqdim edərək insanları aldadan şəxs saxlanılıb.

Tacxeber.com xəbər verir ki, Sumqayıt şəhərində avtobusda sərnişinlərdən birinin əl çantası oğurlanıb.

Zərərçəkmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edərək içərisində 900 manat, bank kartları, qızıl-zinət əşyaları və digər qiymətli əşyalar olan çantanın oğurlandığı barədə məlumat verib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Sevinc Sadıqova saxlanılıb. O, ifadəsində etdiyi oğurluq hadisəsini etiraf edib.

Araşdırmalar zamanı S.Sadıqovanın “Tik-Tok” sosial şəbəkəsində özünü ev təmiri ilə məşğul olan usta kimi təqdim edərək ona müraciət edən şəxslərin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi də məlum olub.

S.Sadıqova barəsində 4-cü Polis Bölməsində araşdırmalar davam etdirilir.

“Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102″ Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər”, – məlumatda qeyd olunub.

Tacxeber.com

Oxşar xəbərlər