Türkiyənin Sparta şəhərində hər kəsi kövrəldən hadisə yaşanıb.
Yusuf Yiğit adlı azyaşlı atası Murat Özen ilə birlikdə Eğirdir gölünə üzməyə gəlib.
O, bir müddət göldə üzdükdən sonra gözdən itib.
Uşağının göldə olmadığını görən ata 112 xilasetmə mərkəzinin qaynar xəttinə zəng edib. Hadisə yerinə polis əməkdaşları və axtarış-xilasetmə qrupları çağırılıb.
Daha sonra 14 yaşlı Yusufun axtarışına başlanılıb.
Xilasedicilər Yusufu Yazla sahillərində axtardığı halda, onun Askeri Yazlık Gazino sahilində üzdüyü müşahidə edilib.
Göldən çıxarılan uşağı polislər atasına təslim ediblər. Oğlunun göldə boğulduğunu zənn edən ata onu qarşısında sağ görən zaman şok keçirib. O gözyaşlarının saxlaya bilməyərək kövrəlib.
Atanın bu halı ətrafdakı hər kəsi kövrəldib. Göz yaşlarına hakim ola bilməyən ata təcili tibbi yardım vasitəsilə Eğirdir xəstəxanasına aparılırıb. Verilən son məlumatlara əsasən, ata ilə oğlunun səhhəti yerindədir. (Baku.ws)