Rusiyanın Tver vilayətində qəzaya uğramış təyyarənin göyərtəsində “Vaqner” silahlı qruplaşmasının komandiri Dmitri Utkin olub.
Bu barədə “Report” “Meduza”ya istinadən xəbər verir.
Utkin “Vaqner” silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojinin “sağ əli” olub.
Qeyd edək ki, Y.Priqojinə məxsus olan “Embrair” biznes-jet Moskvadan Sankt-Peterburq şəhərinə uçurmuş. Təyyarənin göyərtəsində olan 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub.