ABŞ administrasiyası Ukrayna münaqişəsinin dalana dirəndiyinə inanmır.
Tacxeber.com xəbər verir ki, bu sözləri Ağ Ev rəhbərinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
“Biz münaqişənin dalana dirəndiyinə inanmırıq. Artıq qeyd etdiyim kimi, biz Ukraynanı hazırkı əks-hücum əməliyyatında ərazilərin qaytarılması səylərində dəstəkləməyə davam edirik. Görürük ki, Ukrayna əraziləri metodik, sistemli şəkildə qaytarmağa davam edir”, – Sallivan bildirib.