• 22 Noyabr 2024 07:03

Priqojinin yerinə başqası olub? – MÜƏMMA

 

Rusiyada təyyarə qəzası zamanı ölənlərin cəsədləri, o cümlədən “Vaqner” rəhbəri Yevgeni Priqojinin ehtimal edilən cəsədi təbii fəlakətdən sonra ciddi zədələnib. Ona görə də onları vizual olaraq tanımaq mümkün deyil.

Tacxeber.com xəbər verir ki, bu barədə “Fontanka” hadisə yerindəki mənbəyə istinadən bildirib.

Qeyd edilir ki, dolayı sübutlara görə, ekspertlər ölənlər arasında Priqojinin də olduğunu bildirirlər.

Məlumat üçün bildirək ki, dünəndən bəri “Vaqner” rəhbərinin ölüb-ölməməsi müzakirə mövzusudur. Onun Rusiyanın və ya Qərbin aradan götürülməsi barədə də danışılır. Hələ ki iddiaları və şayiələri səngidəcək olan konkret rəsmi açıqlamalar verilməyib. Görünür, bu mövzu xeyli uzanacaq.

Rusiyanın “Baza” teleqram kanalı yazır ki, Yevgeni Priqojin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin heç birinin cəsədləri hələlik müəyyən edilməyib.

Bildirilir ki, ölənlərin bioloji materialı genetik müayinə üçün Moskvaya göndərilib. Cəsədlər tanınmaz haldadır.

Bundan əvvəl bir sıra KİV Priqojin və Utkinin cəsədlərinin şəxsiyyətinin müəyyən edildiyi barədə məlumat yayıblar.

Xatırladaq ki, Y.Priqojinə məxsus olan “Embrair” biznes-jet Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburq şəhərinə doğru uçurmuş. Təyyarədə üç pilot və yeddi sərnişin olub. Təyyarənin göyərtəsində Yevgeni Priqojinin “sağ əli” Dmitri Utkin də olub.

“Vaqner” şirkətinə yaxın olan “Gray Zone” teleqram kanalı bildirib ki, təyyarə hava hücumundan müdafiə sistemi vasitəsi ilə açılan atəşlə vurulub.

Tacxeber.com

Oxşar xəbərlər