• 03 İyun 2025 09:10

Kreml nümayəndəsi Priqojinin qalıqlarının DNT müayinəsinin nəticələrindən danışdı

 Kreml nümayəndəsi Priqojinin qalıqlarının DNT müayinəsinin nəticələrindən danışdı
Paylaş

Kreml nümayəndəsi Priqojinin qalıqlarının DNT müayinəsinin nəticələrindən danışdı

“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin ölüm faktını təsdiq edəcək ekspertizaların, o cümlədən genetik ekspertizaların nəticələri hələ hazır deyil”.

Tacxeber.com xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Peskov Kremlin Priqojinin ölümünü təsdiq edə bilib-bilməyəcəyi ilə bağlı suala cavabında bildirib ki, hələ ki rəsmi nəticələr yoxdur.

“Rusiya prezidentinin dünənki bəyanatını diqqətlə dinləmisinizsə, o dedi ki, indi bütün lazımi müayinələr, o cümlədən genetik müayinələr aparılacaq. Rəsmi nəticələr hələ ki yoxdur. Onlar hazır olan kimi dərc ediləcək”, – deyə Peskov qeyd edib./Oxu.az

Tacxeber.com

Oxşar xəbərlər