• 20 Sentyabr 2024 01:42

Priqojinin ölümündən sonra şok gəlişmə – Ukraynanın tərəfinə keçirlər

“Vaqner üzvlərinin hələ də Rusiya hakimiyyətinə qarşı genişmiqyaslı qiyam etmək imkanları var”.

Bunu Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov deyib.

Onun sözlərinə görə, “vaqnerçilər” Ukrayna uğrunda döyüşən rusların tərəfinə keçsələr, bu, onlar üçün daha uğurlu seçim olacaq. Sabiq deputat bu prosesin artıq başladığını iddia edir.

“Məsələn, onlar “Azad Rusiya” Legionuna qoşula bilərlər. Gülməyin, amma bu proses başlayıb. Düşünürəm ki, tezliklə hər şey məlum olacaq. Bu adamlar sürü şəklində dolaşırlar, onlara lider lazımdır. Liderləri isə öldürülüb, yenisi üfüqdə görünmür”, – Ponomaryov bildirib.

Siyasətçi Yevgeni Priqojinin qətlindən sonra Ukraynaya təcavüzün tərəfdarları arasında Rusiyanın hərbi rəhbərliyinə qarşı nifrət səviyyəsinin artacağını proqnozlaşdırır.

“Əlbəttə, baş verənlər “Z Hərəkatı”na güclü zərbə oldu. Təsadüfi deyil ki, onlardan bəziləri artıq Priqojin ətrafında baş verənlərlə razılaşmadıqlarını yazırlar. Gülməli səslənir, amma həqiqətdir, bu durum daha da pisləşəcək”. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər