Belarus prezidenti Aleksandr Luşakenko “Vaqner”in rəhbəri Yevgeni Priqojinin ölümünü şərh edib.
Tacxeber.com “BelTA”ya istinadla xəbər verir ki, bu barədə Belarus lideri müsahibəsində söyləyib.
O, bildirib ki, Priqojin heç vaxt özü üçün təhlükəsizlik zəmanəti istəməyib.
“Bunu kimin etdiyini deyə bilmərəm, hətta böyük qardaşımın vəkili də olmaram, amma mən Putini tanıyıram. O, ehtiyatlı, çox sakit insandır, mühüm qərarlar qəbul edən biridir.
Ona görə də bunu Putinin etdiyini, Putinin günahkar olduğunu təsəvvür edə bilmirəm. Belə olan halda bu, son dərəcə kobud, qeyri-peşəkar bir iş olar”, – Lukaşenko bildirib.
Xatırladaq ki, avqustun 24-də Rusiyanın Tver vilayətinin Kujenkino kəndi yaxınlığında Moskvadan Sankt-Peterburqa uçan “Embraer Legacy” adlı şəxsi təyyarə qəzaya uğrayıb. Nəticədə Yevgeni Priqojin də daxil olmaqla 10 nəfər həlak olub.