• 25 Noyabr 2024 08:10

Makron da sonda Bakı qarşısında diz çökdü

 

İndiki məqamda erməniləri ən ciddi formada dəstəkləyib havadarlıq edən Fransa belə, Azərbaycanın bölgədə yaratdığı reallığı qəbul edib onun şərtlərinin qəbul olunmasının zəruriliyini etiraf etməkdədir. Bunu Fransa prezidenti Emmanuel Makronnun “Le Point” jurnalına müsahibəsində daha aydın görmək olar. Makron müsahibəsində  dolayısı ilə öz maraqları naminə erməniləri dəstəklədiyini və bundan irəli gələrək Azərbaycana təzyiq etdiyini, lakin bununla belə, Bakının da haqlı olduğunu və Azərbaycanın şərtləri əsasında sülh sazişin imzlanmasının zəruriliyini qeyd edib. Düzdür, müsahibədə yetərincə, Cənubi Qafqazda sülhü əngəlləyən və gərginliyin davam etməsinə, neokolonizasiya siyasətini davam etdirmək istiqamətdə  firkilər yer alıb. Amma bununla belə, heç də proseslərin asan olmadığını və Azərbaycanın yaratdığı yeni reallığı inkar etməyin qeyri-mümkün olduğunun sətiraltı formada mesajını verib.

Jurnalist Makrona  Qarabağda yaranmış son durum və yaranmış vəziyyətlə bağlı hansı addımların atılmasını soruşur. Makron cavabında deyir:

“Bizim diplomatiyamız başa düşüləndir, amma indi diplomatiyanın vaxtı deyil. Təəssüf edirəm… Biz həmişə demişik ki, biz xalqların suverenliyinin tərəfdarıyıq. Qarabağ məsələsi mürəkkəbdir. Bu məsələ ilə bağlı ən sərt mövqeləri təkrarlaya bilmərəm. Fransa 2020-ci il müharibəsini açıq şəkildə pisləyib və bir çox humanitar aksiyalar təşkil edib. Bu gün biz Ermənistanla Azərbaycan arasında davamlı sülhü bərqərar edəcək, xalqları və mədəniyyətləri qoruyacaq saziş tapmaq üçün əlimizdən gələni edirik. Bu sülh müqaviləsi zərurətdir, lakin beynəlxalq hüquq normalarına uyğun olmalıdır. Baxmayaraq ki, beynəlxalq ekspertlər “soyqırımı” prosesinin mövcudluğunu qeyd edirlər… Bu ifadəni işlətməkdən çəkinərdim”.

Jurnalist nə qədər sərt formada ermənipərəst mövqedən çıxış edən sual versə də, Makron artıq reallığın dəyişdiyinə eyham vurur. O, açıq şəkildə etiraf edib ki, məsələ nə qədər kəskin formada təqdim edilməsinə baxmayaraq, artıq beynəlxalq aləm reallığın nədən ibarət olduğunu yaxşı bilir və  ona görə də bu cür yalançı haray-həşir salmaqla inandırmaq qeyri-mümkündür.

Makron “indi diplomatiyanın vaxtı deyil”, “Qarabağ məsələsi mürəkkəbdir”, “xalqların suverenliyinin tərəfdarıyıq”, “sülh müqaviləsi zərurətdir və bu, beynəlxalq hüquq normalarına uyğun olmalıdır”, “soyqırımı” ifadəsini işlətməkdən çəkinərdim” fikirlərini dilə gətirməklə hətta özünün uydurduğu yalanlara  inanmadığını və reallığın tamam fərqli olduğunu etiraf edib. Bir sözlə, Makron öz fikirləri ilə özünü başqa formada təkzib edib.

Tacxeber.com

Oxşar xəbərlər