• 23 Noyabr 2024 06:18

Kəmaləddin Heydərovun müavininin oğlu Londonda yeni şirkət yaratdı – FOTO

 

Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyev də atasının imkanları hesabına qurduğu nəhəng biznesinin Londona yolunu açıb. Belə ki, nazir müavininin oğlu bu il mayın 8-də Britaniya Krallığının paytaxtında BABYLONCOMMERCE LTD-ni qeydiyyatdan keçirib.

Tacxeber.com xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

“35 yaşlı Elvin Hacıyev Azərbaycanda nizamnamə kapitalı 11688495.00 AZN təşkil edən “TECHNOİL”, “BABYLON AQRO”, “BABYLON-GROUP” kimi şirkətlərin, iri torpaq sahələrinin, restoranlar şəbəkəsinin (SULTANAHMET KÖFTECİ seti, GATE 25 restoran-barı, TARHUN restoranı və s.) sahibidir”, – o bildirib.

Qeyd: Fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

    

Tacxeber.com

Oxşar xəbərlər