• 23 Noyabr 2024 00:06

Şuşada məscidə gedən Elnarə tənqid olundu: Burnunda pirsinq, rəngli manikür… – VİDEO

 

Müğənni Elnarə Xəlilova Şuşadakı Yuxarı Gövhərağa məscidini ziyarət edib.

Sənətçi məsciddə dua edərkən göz yaşı axıdıb.

O, həmin görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək  “Allah şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə can sağlığı versin. Bu günləri bizə göstərdiyin üçün çox şükür” -, deyə şərh yazıb.

E.Xəlilovanın bu paylaşımı isə başına bəla olub. Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri onu rəngli manikürünə, burnundakı pirsinqə, başına bağladığı yaylığa görə tənqid atəşinə tutublar.

Müğənni isə ünvanına yazılan heç bir tənqidi rəyi cavabsız qoymayıb:

“Sizi qınamıram, beyninizdəki manikürdür. O boyda videoda gözünüzə girən manikür oldu?! Dırnağı nə etməli idim, Şuşada salon tapıb dırnaq gelini çıxartdırmalı idim? Sizin başınız, beyniniz harada pozuldu? Orada dırnaq və pirsinqdən başqa gözünüz ağrını-acını görmədi? Nə ara bu qədər azğınlaşdınız?”

Həmin görüntüləri təqdim edirik:

 

Oxşar xəbərlər