• 19 Sentyabr 2024 20:41

“Bəzən mahnılarımı elə oxuyub, aranjiman edirlər ki, özüm də tanımıram”

“Bəzən mahnılarımı elə oxuyub, aranjiman edirlər ki, özüm də tanımıram”

“Həmin mahnımı xalq mahnısı kimi qələmə verdilər”

“O qədər nəğmələrim var ki. Təvazökarlıqdan uzaq da olsa deyim ki, hamısı da çox sevilir. Bütün türk dünyasında “Daşlı qala” mahnım oxunur. Musiqisi mənimdir, amma həmin mahnını xalq mahnısı kimi qələmə verirlər. Gənc nəsil də bu gün mahnılarımı oxuyur. Onların yeniliklərini çox bəyənirəm. Bircə xahişim var ki, nə ifa edirlərsə etsinlər milliliyi, milli ruhu yaddan çıxarmasınlar. Milli ruh olmasaydı heç bir mahnım sevilməzdi. Bəzən elə aranjiman edirlər ki, heç öz mahnımı tanımıram”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Niyaməddin Musayev deyib. O daha sonra əlavə edib.

“Yaradıcı insan heç vaxt mənəm-mənəm deməməlidir. İnsan nə qədər öyrənirsə öyrənsin, yenə də o zirvəyə gəlib çatmır. Çünki insan beşikdən məzara qədər öyrənir. Şəxsən mən qazandıqlarımla qane olan biri deyiləm. Yenə də yazıb-yaratmaq istəyirəm. Nə oxumuşamsa hamısı sevilib. Amma indi bəzi gənclər bu gün efirə çıxır, deyir ki, daha bəsdir, etdiyimi etdim. Sən hələ tanın, sevil sonra bu qənaətə gəl ki, mən xalq üçün nəsə etmişəm” deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, heç vaxt övladlarının bu sənətdə olmasını istəməyib

“Musiqiyə sevgi məndən qardaşım oğulları Cabbar Musayevə və Musa Musayevə keçib. Övladlarımın da musiqi duyumları var. Amma bu sahədə deyillər. Sözün düzü heç özüm də istəməmişəm. Çox ağır sənətdir. Oğlum hüququ, qızlarımın ikisi də inglis dilini bitiriblər. Onlara çox gözəl təhsil vermişəm. Bizim sənətdə böyük haqsızlıqlar olur. Hər kəs baş çıxara bilməz” deyə xalq aristi bildirib.

Xalq artisti idmanla məşğul olduğunu da bildirib.

“Sağlam həyat tərzi keçirirəm. Vaxtaşırı idman hərəkətləri edirəm. Çalışıram ki, sağlamlığımın qayğsına qalım” deyə sənətkar bildirib.

Tacxeber.com

Oxşar xəbərlər