• 19 Sentyabr 2024 20:35

Hindistandan kritik həmlə – Türkiyə ilə üz-üzə gəldi

“Afrika ölkələrindən hər hansı birində yaxın gələcəkdə növbəti çevrilişdə Hindistan bayrağı dalğalanarsa, buna təəccüblənmək lazım deyil”.

Bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert Hindistanın bölgədə Türkiyə və digər ölkələrlə rəqabətə girməyə hazırlaşdığını bildirib:

“Hindistan Afrika ilə bağlı maraqlarını bəyan etdi. Afrikadakı köhnə müstəmləkə sistemləri dağılıb Fransa kimi ölkələr sıxışdırılarkən boş yerlərə yeni oyunçular gəlir: Çin, Rusiya, Hindistan və sair.

Hindistan Baş naziri Narendra Modi Afrika İttifaqının G20-nin tamhüquqlu üzvü, həmçinin “İyirmilər”in gələn ay Dehlidə keçiriləcək sammitində təmsil olunmasını təklif edib.

Afrikadan bir “parça qoparmaq” istəyən Dehli eyni vaxtda həm köhnə aktorlarla (Fransa, Britaniya, ABŞ), həm də yeni oyunçularla (Çin, Türkiyə, Rusiya) rəqabətə girir. Bu isə o deməkdir ki, Afrika ölkələrindən hər hansı birində yaxın gələcəkdə növbəti çevrilişdə Rusiya bayrağı əvəzinə Hindistan bayrağı dalğalanarsa, buna təəccüblənmək lazım deyil. Müqəddəs yer heç vaxt boş qalmaz”.  (Teleqraf.com)

Tacxeber.com

Oxşar xəbərlər