İranda keçirilən Özbəkistan Asiya Oyunlarında iranlı Muay Thai (Tailandda yaranan döyüş sənəti) idmançılarının iştirakı etirazla qarşılanıb.
Yarışa qatılan döyüş sənəti üzrə qadınlardan ibarət İran komandasının üzvləri məcburi hicab qaydalarına riayət etməyiblər.
Yarışda idmançıların hicabsız fotosunun yayılmasına sərt reaksiya verən radikal hökumət mediası qadınların normanı pozan davranışlarına kəskin etiraz edib və müvafiq qurumlardan idmançılar barədə lazımi tədbirlərin görülməsini tələb edib.
Xatırladaq ki, ötən il sözügedən idman növü üzrə qadın yarışçılardan biri Türkiyədə keçirilən müsabiqədə iştirak edərkən üzünə “Qadın, Həyat, Azadlıq” şüarını yazmışdı. (Bakupost)