• 20 Sentyabr 2024 04:42

“Metropark”da qorxulu anlar: Partlayıcı qoyulması xəbəri…

“Metropark” ticarət mərkəzinə partlayıcı qoyulması ilə bağlı həyəcan siqnalı verilib.

Tacxeber.com Trend-ə istinadən xəbər verir ki, daxil olmuş məlumatla bağlı polis dərhal işə keçib.

Təhlükəsizlik məqsədilə vətəndaşlar binadan təxliyə edilib.

Araşdırma zamanı ticarət mərkəzində partlayıcı olması təsdiqini tapmayıb. Yalan məlumat verərək vətəndaşlara həyəcan yaşadan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumatı təsdiq ediblər.

Tacxeber.com

Oxşar xəbərlər