• 22 Noyabr 2024 12:03

Nədən İsrail silah istehsalında güclü, amma Avropa zəifdir?

 

 

“Əvvəllər İsraildən silah əldə etmək gizli qəbahət sayılıb, amma “Likud” hökumətinin gəlişindən və Netanyahunun fəal diplomatik fəaliyyətindən sonra tədricən bu, aradan qalxmağa başlayıb…”

Avropalıların müasir silah istehsalı üçün bütün imkan və vasitələrə malik olmasına rəğmən, onlar bunu etmək iqtidarında deyil və İsraildən hazır məhsul almağa üstünlük verir.

Tacxeber.com xəbər verir ki, bunun səbəbləri haqqında “Qlobs” iqtisadi nəşri yazıb.

Müəlliflər qeyd edir ki, əgər nə zamansa İsrail hakimiyyəti Fransa, Britaniya və başqa ölkələrdən ərəb təcavüzünə qarşı heç olmasa hər hansı silah tədarükü haqqında yalvarıbsa, hazırda vəziyyət tam əksinədir.

Avropa artıq texniki cəhətdən daha çox mənəvi baxımdan ciddi texniki sıçrayışa qadir deyil. Avropa İttifaqı daxilində ambisiyalar, ziddiyyətli maraqlar, bürokratiya, qarşıya dəqiq məqsəd qoyaraq ona ardıcıl surətdə nail olmaq bacarığının olmaması səbəbindən bu, baş verir.

Məsələn, avropalılar öz hərbi pilotsuz uçuş aparatlarını istehsal və istismar etmək üçün bütün resurslara malikdir. Lakin hələ 2015-ci ildən düşünülmüş “Avrodron” layihəsi o zamandan yerindən tərpənməyib. Hazırda Qərb KİV-lərinin məlumatlarına görə, ilk “avrodronlar” ən tezi dörd ildən sonra buraxılacaq.

Hələlik isə Almaniyanın HHQ-si İsrailin yeddi “Geron”larını 10 il ərzində təxminən yarım milyard avro məbləğində icarəyə götürüb.

Ötən ilin fevral ayında avropalılar gözlənilmədən əvvəllər NATO-nun mövcudluğu barədə bilgi ilə kifayətlənərək o qədər də düşünmədikləri yeni “müdafiə gerçəkliyi” ilə üzləşib.

Lakin Ukraynada hərbi əməliyyatlarının ciddiliyi göstərib ki, Alyans öz yerində, amma hər bir ölkə özünə və müdafiə ehtiyaclarına qayğı göstərməsi arzuolunandır. Bu, xüsusilə formal olaraq Alyansın çətiri altında olmayan ölkələrə şamil edilir.

İlk növbədə bu, Rusiya ilə həmsərhəd olan və hərbi əməliyyatların Ukraynanın hüdudlarından kənara çıxacağı tədqirdə mümkün raket atəşlərindən qorunmaq üçün “hava çətiri”ndə maraqlı olan Finlandiyadır.

Ona görə də Finlandiyanın İsrailin dəyəri 316 milyon avro məbləğində olan “Praşşa Davida” silah ehtiyatı var. Böyük rəqəm deyil, amma ölkə də böyük deyil.

Almaniya özünə məxsus olan vüsətlə dəyəri 4 milyard olan “Hets” raketəleyhinə komplekslər alır.

Niderland 300 milyon avroya böyük məsafələrdə hədəfləri məhv etmək üçün İsrailin “Elbit” konserni tərəfindən istehsal edilən 20 “Puls” reaktiv artilleriya kompleksini əldə edib.

Analoji topları oxşar məbləğə həmçinin Danimarkanın Müdafiə Nazirliyi alıb.

Analitiklər qeyd edir ki, əvvəllər İsraildən silah əldə etmək gizli qəbahət sayılıb. 2010-cu illərdən başlayaraq “Likud” hökumətinin gəlişindən və Binyamin Netanyahunun İsrailin legitimləşdirilməsinə yönələn fəal diplomatik fəaliyyətindən sonra tədricən bu, aradan qalxmağa başlayıb.

Dünya ictimaiyyəti tərəfindən İsrailə münasibətdə görünən dönüş ABŞ-da Donald Trampın prezident seçilməsindən sonra baş verib. O, İsrail hökumətinin ərəb ölkələri ilə münasibətlərin nizama salınması üzrə çoxillik fəallığını məntiqi sonluğa çatdırıb və paralel olaraq avropalılara izah edib ki, ABŞ onların müdafiə ehtiyaclarını öz hesabına təmin etməyəcək.

Bu, İsrailin Avropada, o cümlədən Finlandiya və Niderland kimi ənənəvi “antiİsrail” ovqatlı ölkələrdə müdafiə sahəsində qarşılıqlı əlaqələrinin tam “legitimləşdirilməsinə” kömək edib.

Mütəxəssislərin qeyd etdiyi kimi, əgər 2010-cu illərin əvvəllərində Avropada İsrail silahı satışının həcmi on milyon avro ilə məhdudlaşıbsa, son illər bu, ildə yüz milyonlaradək artıb. Son sövdələşmələri nəzərə alsaq, milyardlarla həcmdən danışa bilərik.

Avropalıların məhz İsrailin müdafiə məhsuluna üstünlük verməsini müəyyən edən daha bir amil bürokratiyanın olmaması və başqa ölkələrdən fərqli olaraq silah sifarişlərində praktiki olaraq ani sürətdir.

Tacxeber.com

Oxşar xəbərlər