• 21 Sentyabr 2024 06:55

Pivənin kişi orqanizminə dəhşətli nəticələri barədə cərrahdan XƏBƏRDARLIQ!

Pivənin kişi orqanizminə dəhşətli nəticələri barədə cərrahdan  XƏBƏRDARLIQ!

Tez-tez pivə içən kişilərdə ereksiya problemləri yarana, eyni zamanda sonsuzluq riski arta bilər. 

Tacxeber.com xəbər verir ki, bu barədə Lenta.ru-ya müsahibəsində Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin Fundamental tibb fənləri kafedrasının müəllimi, cərrah Aleksandr Umnov danışıb.

Onun sözlərinə görə, pivənin tərkibində ağır metalların duzları olduğundan kişilərdə və qadınlarda cinsi hormon – testosteronun istehsalı azalır. Testesteron cinsi sağlamlıqdan məsuldur, kişilərdə sperma, qadınlarda isə yumurta istehsalına təsir göstərir.

Bundan əlavə, pivə kişilərdə qadın cinsi hormonları – estrogenlərin daha aktiv şəkildə istehsal olunmasına təsir edir. Bu da öz növbəsində erektil disfunksiyaya və döşlərin böyüməsinə səbəb olur.

“Bioloji əlamətlərə görə kişi qadına çevrilir ki, bu da onun reproduktiv funksiyasına təsir edir. Ata olmaq şansı getdikcə azalır, sonsuzluq və cinsi zəiflik ehtimalı da artır. Təbii ki, bu cür pozğunluqlar dərhal deyil, illərlə inkişaf edir”, – Umnov vurğulayıb. (publika.az)

Tacxeber.com

Oxşar xəbərlər