• 05 Dekabr 2024 06:40

“Ata nə qədər qazanmalıdır ki, uşaqlar 43673 manat olan məktəbdə oxusun?” – Tənqid

“Ata nə qədər qazanmalıdır ki, uşaqlar 43673 manat olan məktəbdə oxusun?” – Tənqid

Müasir dövrdə valideynlər uşaqları üçün təhsilin nə qədər vacib olduğunu bilir və onların ən yaxşı məktəblərdə oxuması üçün çalışır.

Azərbaycanda dövlət məktəblərində orta təhsil pulsuzdur. Lakin ölkəmizdə orta təhsil verən pullu lisey və gimnaziyalar var. Bu liseylərdə təhsillə yanaşı qiymətlər də yüksək səviyyədədir.

Son vaxtlar özəl məktəblərdə təhsilhaqlarının yüksək olması ilə bağlı sosial şəbəkədə də xeyli şikayətə rast gəlinir. Valideynlər təhsilhaqlarının verilən xidmətdən çox yüksək olduğunu düşünürlər. Onların sözlərinə görə, özəl məktəblər artıq təhsil qiymətlərini 20-40 faiz artırıb.

Tacxeber.com xəbər verir ki, tanınmış aktyor Elcan Rəsulov da məsələyə səssiz qalmayıb. O, özəl məktəblərin illik təhsilhaqqı cədvəlini paylaşaraq qiymətlərin fantastik həddə olduğunu qeyd edib:

“İki uşağı olan ata ayda nə qədər qazanmalıdır ki, uşaqlar illiyi 43673 manat olan məktəbdə oxusun? Amma uşağı həmişə bahalı məktəbdə oxudun ki, özü bir şey olmasa da, heç olmasa sinif yoldaşları hörmətli adamlar olsun, bunu da qabağa çəksin”.

Qeyd edək ki,  Azərbaycan Beynəlxalq Məktəbinin (“TISA International School of Azerbaijan”) illik təhsilhaqqı 43673 manatdır. Bu qiymət son günlər sosial mediada ən çox müzakirə olunan məsələlərdən biridir.

Tacxeber.com

Oxşar xəbərlər