Qarabağa humanitar yardım göndərildiyini elan edən Fransa Qərbi Afrikadakı biabırçı uğursuzluqlar fonunda bu regionda cərəyan edən proseslərə qoşulmağa və zədələnmiş reputasiyanı bərpa etməyə çalışır.
Tacxeber.com xəbər verir ki, bunu Amerikalı milli təhlükəsizlik analitiki, hüquqşünas İrina Zukerman deyib.
“Fransa Ermənistanı qanunlara hörmət etməyə sövq etməlidir və Qarabağdakı erməni əhalisinin probleminin qarşılıqlı faydalı diplomatik həllini tapmalıdır”, – o bildirib.
Analitikin sözlərinə görə, Fransa beynəlxalq ictimai rəyi Cənubi Qafqazda regional inteqrasiya imkanlarını sarsıdacaq uydurma hekayəyə yönəltmək yollarını axtarır: “Bu uydurma işin mahiyyəti ondan ibarətdir ki, guya Azərbaycan Qarabağın erməni əhalisinə humanitar yardımın göstərilməsinə mane olur”.