“Putinin Dağıstana son səfərindən sonra analitik və şərhçilər arasında onun gerçəkdən oxşarları olması və onlardan mütəmadi istifadə etməsi ehtimalı güclənib…”
Rusiya prezidenti, diktator Vladimir Putinin əslən Belarusun bir şəhərindən olan yeni dublyoru meydana çıxıb.
Tacxeber.com “UNİAN”a istinadla xəbər verir ki, bu maraqlı informasiyanı psixologiya üzrə fəlsəfə doktoru Dmitri Popov hesab edir psixoloq bu fikri Ukraynanın “Freedom” efirində səsləndirib.
“Mənə bu haqda bir adam məlumat verdi… Bundan sonra Putinin yeni oxşarının kimliyi haqda kiçik araşdırma apardım… O, həqiqətən Qrodno sakinidir. Bunları mənə danışan adam Putinə çox bənzəyən həmin şəxsin iki il əvvələdək Qrodno şəhərinin rayonlarından birində hakim işlədiyini söylədi. İki il öncə isə o, elə yoxa çıxıb ki, indi onu heç kim tapa bilmir… Qəribədir ki, bu yaxınlarda Putinin “səyahətçi” adlandırdığım dublyoru peyda oldu. O, Krımda, Mariupolda, Luqanskda, sonra Dağıstanda da olub. Burada camaatı öpüb, qardaşlaşıb, qucaqlaşıb”.
Popov deyir ki, ona bəhs edilən hakimin fotosu göndərilib; ölçü aparıb, çox güman ki, onun Putinin dublyoru olduğu təsdiqlənir.
“Qəribədir ki, belaruslu hakimin əsil Putinlə bütün həndəsəsi çox oxşardır. Mən deyə bilmərəm ki, bu, eyni şəxsdir, amma həqiqətən iki il öncə yoxa çıxan Qrodno hakiminin kəllə sümüyünün və yeni ortaya çıxan Putin dublyorunun kəlləsinin geometriyasl eynidir. Üstəlik, rusların dubyor “səyahətçi”yə heç yazığı gəlmir. O, yavaş hərəkət edən və asanlıqla zədələnə bilən hava hücumundan müdafiə sistemi olan “Mi-8” helikopterinə yerləşdirilir. Bu helikopter Ukrayna ilə toqquşma xəttindən 100 km məsafədə uçur. Onu zirehli olmayan “Land Cruiser Prado”ya mindiririlər. Ondan karantindən keçməyən tamamilə fərqli insanlarla qardaşlaşmaq, qucaqlaşmaq, öpmək istənilir”, – deyə psixoloq bildirib.
Xatırladaq ki, Putinin Dağıstana son səfərindən sonra analitik və şərhçilər arasında onun gerçəkdən oxşarları olması və onlardan mütəmadi istifadə etməsi ehtimalı güclənib.