• 04 Dekabr 2024 22:46

“Priqojinin ardınca Kadırov aradan götürüləcək” – Rusiyalı müxalifətçidən ŞOK AÇIQLAMA

“Vaqner” rəhbəri Yevgeni Priqojinin ölümündən sonra Çeçenistan rəhbəri Ramzan Kadırov aradan götürülə bilər.

Tacxeber.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri rusiyalı müxalif siyasətçi, Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkova istinadən yazıb.

Onun fikrincə, Rusiya təhlükəsizlik aparatının diqqəti indi onun mövcudluğunu təhdid edən digər nüfuzlu şəxslərə yönələcək.

Bild qeyd edir ki, Kadırov uzun müddət Priqojinin müttəfiqi hesab olunurdu və Rusiya Müdafiə Nazirliyinə qarşı münaqişədə ona dəstək verib.

Qudkov Rusiya dövlətçiliyinin ən böyük əleyhdarlarından biri olduğu üçün Kadırovun da sonunun çatdığını bildirib.

“Xüsusilə, Çeçenistan rəhbərinin yaxşı təlim keçmiş ordusu var, və o, həmçinin “əhlükəsizlik aparatından kənarda böyük təsirə malikdir”, – deyə müxalifətçi vurğulayıb.  (Konkret)

Tacxeber.com

Oxşar xəbərlər