“Kreml qaçılmaz olanı başa düşür: Rusiya Federasiyası işğal olunmuş əraziləri nə qədər çox itirsə, rejimə dəstək bir o qədər tez azalacaq…”
Tacxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
“Bu, asan olmayacaq, lakin Ukraynanın hər kilometri qanla qazanaraq əraziləri qaytarmalı olacağına inanmaq çox sadəlövhlükdür. Cənubda irəlilədikcə və Ukrayna qüvvələri Krımla inzibati sərhədə daxil olduqca hadisələr başqa görüntü alacaq. Sonda hər şey tez və bir anda bitəcək – elə başladığı kimi”, – o qeyd edib.