• 21 Sentyabr 2024 01:30

Flora Kərimova məhkəmədə jurnalistə uduzdu

 

Apellyasiya Məhkəməsində Xalq artisti Flora Kərimovanın jurnalist Ülviyyə Alovlu barəsində şikayətinə baxılıb. 

Tacxeber.com xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədə məlumat yayıb. O, sənətçinin məhkəmədə uduzduğunu bildirib.

“Flora Kərimova məni verdiyi Apellyasiya Məhkəməsində də növbəti dəfə uduzdu” deyə, o, yazıb.

Qeyd edək ki, F.Kərimovanın təhqir və böhtanlardan şikayətinə əsasən, Ü.Alovlu qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148 maddələri ilə cinayət işi başlanılmışdı.

Tacxeber.com

Oxşar xəbərlər