• 21 Sentyabr 2024 11:26

“Moskvanın hava limanlarında əsl kollaps yaşanır…” – FOTO

“Moskvada Bilik Günündə məktəblilər dərslərə cədvəl üzrə başlayıb, hava limanları sərnişinlərinin bəxti isə gətirməyib…”

“Ukrayna Silahlı Qüvvələri ərazisində Kursk AES yerləşən Kurçatov şəhərinə dronlarla hücum edib…”

Ukrayna dronlarının hücumu səbəbindən Moskvada 60-dan çox təyyarə reysi təxirə salınıb, 23 reys ləğv edilib

Rusiyanın hava hücumundan müdafiə vasitələri Lyubertsı yaxınlığında Ukraynanın pilotsuz uçuş aparatını vurub.

Bu barədə Moskva meri Sergey Sobyanin özünün “Teleqram-kanal”ında məlumat verib.

O, qeyd edib ki, rusiyalı hərbçilər Rusiya paytaxtına növbəti dron zərbəsinin qarşısını alıb.

İlkin məlumata görə, zərərçəkən və dağıntılar olmayıb, mer deyib. Hadisə yerinə təcili xidmət əməkdaşları gəlib.

“Bilik günümüzün korlanmasına imkan vermədiklərinə görə hərbçilərimizə təşəkkür edirəm!” – Sobyanin əlavə edib.

Əgər Moskva məktəbliləri üçün tədris ilinin ilk günü cədvəl üzrə başlayıbsa, Moskva hava limanlarının sərnişinlərinin bəxti o qədər də gətirməyib.

Moskvanın Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında ən azı 61 aviareys təxirə salınıb, 23 reys ləğv edilib, “RİA Novosti” agentliyi məlumat verib.

Saat 07:28-ə olan məlumata görə, Vnokovoda 21 reys təxirə salınıb, 6 reys ləğv edilib. Domodedovoda 32 reys təxirə salınıb, 14 reys ləğv edilib. Şeremetyevoda 8 reys təxirə salınıb, 3 reys ləğv edilib.

“Flightradar24″ resursunun məlumatına görə, Moskvanın cənub hissəsi üzərində, o cümlədən Vnukovo və Domodedovo rayonlarında hal-hazırda bir təyyarə də yoxdur”, – agentlik qeyd edib.

Moskva hava limanlarında kollapsın rəsmi səbəbi barədə məlumat verilmir, lakin güman etmək olar ki, Ukraynanın döyüş dronlarının hücum təhlükəsinə görə “Xalça” planı tətbiq edilib, bu zaman Moskva üzərində səma mülki uçuşlar üçün bağlanır.

Üstəlik, bəlli olub ki, Ukrayna Silahlı Qüvvələrinin iki PUA-sı Rusiyanın ərazisində Kursk AES-in yerləşdiyi Kurçatov şəhərinə hücum edib. Bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoyt bəyan edib.

“Bu səhər Ukraynanın iki dronu Kurçatov şəhərinə hücum edib, – o, özünün “Teleqram-kanal”ında yazıb. – İnzibati bina və yaşayış binası zədələnib”.

Qubernator qeyd edib ki, hadisə yerinə mütəxəssislər gəlib, onlar dəyən zərəri dəyərləndirəcək, təfsilatlar dəqiqləşdirilir.

Bu arada isə Pskov üzərindəki səmada hava limanının bilavasitə yaxınlığında yerləşən Krestı mikrorayonu yaxınlığında yerli müşahidə vasitələri “naməlum obyekt” aşkar edib.

Bu barədə regionun qubernatoru Mixail Vedernikov “Teleqram-kanal”ında yazıb. O, qeyd edib ki, HHM tərəfindən Ukraynanın güman edilən PUA-sı “neytrallaşdırılıb”

“Krestı rayonunda hava məkanına nəzarət postlarından birinin müşahidəçiləri səmada tək naməlum obyekt aşkar edib, – Vedernikov yazıb. – Videoda onun neytrallaşdırılması üzrə tədbirlər əks edilib. Yerdə hər hansı fəsadlar yoxdur”.  (Moderator.az)

Tacxeber.com

Oxşar xəbərlər