• 24 Sentyabr 2024 21:23

Orqanizmdə duzlaşma problemini aradan qaldıracaq TÖVSİYƏLƏR

 

İnsanların çoxu osteoxondrozu təhlükəsiz xəstəlik hesab edir, lakin vaxtında tədbir görülmədikdə cox ciddi narahatlığa səbəb olur.

Bu problem daha çox qadınlarda müşahidə edilir. Oturaq həyat tərzi, az hərəkətlilik problemin inkişaf etməsinə gətirib çıxarır. Ona görə birinci növbədə hərəkət önəmlidir. Xəstəlik irəlilədikcə keyimələr  baş verir. Boyun osteoxondrozuna baş ağrıları, başgicəllənmə, sinə, boyun, qol ağrıları xasdır. Osteoxondroz ağrıları  fəqərə sütununun bu xəstəliyə düçar olmuş hissəsinə müvafiq olaraq fərqli xarakter daşıyır, məsələn: bel osteoxondrozunda beldə və ayaqlarda güclü ağrılar, keyimə və hətta aşağı ətrafların arıqlaması kimi hallar müşahidə oluna bilər.

Fiziki fəallıq zəiflədikcə həmin toxumalarda qan dövranı zəifləyir, disklərin qidalanması azalır. Bundan başqa, artıq çəki də bu xəstəliyin ağırlaşmasına səbəb ola bilər. Çünki artıq çəki fəqərə sütununa düşən yükün artması və osteoxondrozun inkişafı amillərindəndir.

Xəstəliyin qarşısını almaq üçün bəzi tövsiuyələr:

Daimi olaraq sirkəli su içmək tövsiyə edilir.

1 litr suya 2 xörək qaşığı alma sirkəsi 1 çay qaşığı bal qarışdırılır və bu su gün ərzində içilir. Bu suyun qəbulu həm də damarların elastikləşməsi üçün faydalıdır. Çünki boyun osteoxondrozunda həm də damarlarlar sıxıldığı üçün beyin hüceyrələrinin qidalanması zəifləyir.

Daha sonra  osteoxondroz olan hissədən hər ay 4-5  ədəd hicama olunur. Hicamanı xəstəlik ağrıları tam keçənə qədər edə bilərsiniz.

Tacxeber.com

Oxşar xəbərlər