Belarus sərhədçiləri Polşa tərəfindən ölkənin hava məkanını pozması barədə məlumat veriblər.
Bu barədə Belarus Sərhəd Komitəsi məlumat yayıb.
Məlumata görə, hadisə Qrodno vilayətinin Berestovitski rayonunda qeydə alınıb. Polşanın Mi-24 hərbi vertolyotunun dövlət sərhədini olduqca aşağı hündürlükdə keçərək 1200 metrədək irəlilədiyi, daha sonra əks istiqamətdə döndüyü bildirilir.
Belarus hakimiyyəti insidentlə bağlı Polşa tərəfinə məlumat verib. (axar)