• 08 İyun 2025 14:44

“Qarabağ”ın Avroliqada rəqibləri müəyyənləşdi

 “Qarabağ”ın Avroliqada rəqibləri müəyyənləşdi
Paylaş

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilir.

Tacxeber.com xəbər verir ki, Monako şəhərində təşkil olunan mərasim Bakı vaxtı ilə saat 15:00-da başlanıb.

“Qarabağ” H qrupunda yer alıb. Püşkün nəticəsinə əsasən, “Qarabağ” “Bayer” (Almaniya), “Mölde” (Norveç) və “Hekken”lə (İsveç) bir qrupa düşüb.

H qrupu

1. “Bayer” (Almaniya)

2. “Qarabağ”

3. “Mölde” (Norveç)

4.“Hekken” (İsveç).

Qrup mərhələsində 32 komanda mübarizə aparacaq. Onlar hər birində 4 klub olmaqla 8 qrupa bölünüblər. .

Avropa Liqasında qrup mərhələsinə sentyabrın 21-də start veriləcək, dekabrın 14-də isə yekun vurulacaq. (qol.az)

Tacxeber.com

Oxşar xəbərlər