• 22 Noyabr 2024 16:18

ABŞ ilk dəfə uranlı mərmiləri Kiyevə göndərir.

ABŞ administrasiyası gələn həftə açıqlanacağı gözlənilən Kiyevə hərbi yardım paketinə ilk dəfə olaraq tükənmiş uran mərmilərini daxil edəcək.

 Bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, bu mərmilər yaxın həftələrdə Ukraynaya gələcək Amerikanın “Abrams” tankları üçün nəzərdə tutulacaq. ABŞ ümid edir ki, tükənmiş uran mərmiləri Ukrayna Silahlı Qüvvələrinə Rusiya tanklarına qarşı daha effektiv davranmağa imkan verəcək.

Agentlik mənbələrinə istinadən qeyd edib ki, Kiyevə yeni hərbi yardım paketinə 240-375 milyon dollar dəyərində silahlar daxil olacaq. (axar)

Tacxeber.com

Oxşar xəbərlər