Əsgərovlar ailəsinin varidatı: Banklar, beşulduzlu otellər – SİYAHI
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov ötən gecə vəzifəsindən azad edilib. Onun vəzifədən getməsi personası ətrafında gedən müzakirələri daha da alovlandırıb.
Azərbaycandakı biznesini Avropaya transfer edən, qitənin müxtəlif ölkələrində saysız-hesabsız sərvətə malik olan məmurlarımız sırasında sabiq AZAL rəhbərinin də adı yer alır. O, sərhədsiz “biznes imperiyası” ilə ölkənin ən varlı adamlarının siyahısında ilk yerlərdən birini tutur.
Yenisabah.az C.Əsgərov və ailəsinə məxsus mülklərin siyahısını təqdim edir:
Batumidə 31 milyon dollar dəyərində “GRAND GLORIA” hoteli;
Tiflisdə dəyəri milyonlarla dollar olan “TİFLİS PALACE” hoteli;
Tiflisdə bahalı “Veranda” restoranı;
Batumidə bir neçə milyon dollar dəyərində GOLDEN PALACE hoteli və kazino;
Naftalanda “Garabag Resort and Spa” 5-ulduzlu otel və müalicə mərkəzi;
İsmayıllı rayonu, Bədo Bulağının yaxınlığında, 8 hektarlıq ərazidə “Vəhsudan düşərgəsi”;
Nabranda 30 ha sahədə villa;
Qala qəsəbəsində 265 ha badam bağı;
“Premium Bank” ASC-də (keçmiş “Silkyway”) səhmlərin 29,085 faizi;
Sahəsi 12.500 kvadrat metrdən artıq Gazelli kosmetika fabriki;
SOROKA LIMITED (Londonda);
Londonda 18.4 milyon dollar aktivləri olan “GAZELLI INTERNATIONAL LIMITED” şirkəti;
Londonda 41 milyon dollar aktivləri olan GAZELLI ART HOUSE LIMITED;
Gürcüstan, Azərbaycan, Ukrayna və Türkiyədə “GAZELLİ” gözəllik və masaj salonları şəbəkəsi;
Londonda “C3 – CIII LIMITED” şirkəti