Polşa təkzib etdi: Bu, Belarus təxribatıdır. Dünya 02 Sentyabr 2023 01:18 165 Minskin Polşa hərbi helikopterinin Belarus sərhədini pozması ilə bağlı bəyanatı doğru deyil. Bu sözləri Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının nümayəndəsi Yaçek Qorişevski deyib. “Söhbət Belarusun yalanlarından və təxribatlarından gedir. Belə pozuntu olmayıb”, – o bildirib. Qeyd edək ki, Belarus sərhədçiləri Polşa helikopterinin ölkənin hava məkanını pozduğunu açıqlayıblar. Tacxeber.com