• 22 Sentyabr 2024 15:42

Qəşəm Nəcəfzadə Nizami Cəfərovla əlbəyaxa olması iddiasından danışdı: “Dostumdur”

 

Şair Qəşəm Nəcəfzadə Şamaxıda keçirilən Azərbaycan Dili və Ədəbiyyatı Forumunda  deputat Nizami Cəfərovla əlbəyaxa olması barədə yayılan məlumatlara münasibət bildirib.

Q.Nəcəfzadə Pravda.az-a açıqlamasında yayılan məlumatların düzgün olmadığını deyib.

“Qətiyyən elə şey olmayıb. Nizami müəllim mənim müəllimim olub. Dostumdur, alimimizdir. Elm və təhsil nazirimiz cənab Emin Əmrullayeva dedim ki, dərsliklərdə nöqsanlar var və bunları aradan qaldırmaq lazımdır. Nizami müəllim isə dedi ki, bu məsələ Elm və Təhsil Nazirliyinin səlahiyyətində deyil. Nəşriyyatlar özləri tender elan edirlər, biri qazanır, sonra özləri müstəqil dərsliklər çap edirlər. Bununla da məsələ bitib. Saytlar isə yazıblar ki, guya dava düşüb, yumruq davasına çıxıblar, Qəşəm Nəcəfzadəni çölə çıxarıb sakitləşdiriblər. Tamamilə mənasız bir şeydir. Belə şeylər olmayıb”, – Q.Nəcəfzadə bildirib.

Tacxeber.com

Oxşar xəbərlər