“Sülh prosesini daim pozmağa çalışan Rusiyanın hər iki tərəfdəki həyasız agentura şəbəkəsinin təhriki ilə Ermənistanla sərhəddə kiçik bir silahlı qarşıdurma yaşanan kimi media səhifələrini belə haylı-küylü xəbərlər bəzəyir: “Bu dəfə müharibəyə başlasaq, İrəvana qədər gedəcəyik…”
-3 CÜMLƏ İLƏ BİR TÖVSİYƏ…-
2020-ci ilin 44 günlük müzəffər savaşından bəri şəhid və qazilərimizin canı-qanı hesabına və dövlətimizin siyasəti sayəsində torpaqlarımızın əksər hissəsinin düşməndən tam azad edilməsi, o torpaqlarda uğurlu quruculuq və məskunlaşdırma işlərinin aparılması bir gerçək olsa da, həmin müddətdə insanlarımızın xeyli hissəsi emosiyalara o dərəcədə qapılıb ki, sülh prosesini daim pozmağa çalışan Rusiyanın hər iki tərəfdəki həyasız agentura şəbəkəsinin təhriki ilə Ermənistanla sərhəddə kiçik bir silahlı qarşıdurma yaşanan kimi media səhifələrini belə haylı-küylü xəbərlər bəzəyir: “Bu dəfə müharibəyə başlasaq, İrəvana qədər gedəcəyik…”
Belələrinə cavab verən yoxdur ki, hələ o vaxt yetişməyib, biz hələ 6 ildən çoxdur Azərbaycan ordusunda törədilmiş Tərtər qətliamının Bakıda vəzifə başında olan, ölkədəki, xaricdəki villalarında, restoranlarında, saunalarında kef edən, yalnız minlərlə günahsız Azərbaycan hərbçisinə amansız, misli görünməmiş işgəncə verməklə, verdirməklə kifayətlənməmiş, üstəlik, onları guya erməni hərbçilərinə kütləvi şəkildə seksual xidmət göstərməkdə suçlayaraq bunu saxta şəkildə sənədləşdirmiş və bütövlükdə Azərbaycan ordusunu, xalqını, dövlətçiliyni təhqir etmiş, 25-30 ildir minbir digər cinayətləri ilə xalqımızın başına corab hörən imperiya agenti olan generalları, onların əsas tula əlaltılarını həbs edə bilməmişiksə, 11 il ərzində başçılıq etdiyi qurumun dövlətə, xalqa qarşı törətdiyi kütləvi cinayətlər məhkəmə ilə tam isbatını tapmış keçmiş MTN rəhbərini 8 ildir dəmir barmaqlıqlar arxasına sala bilməmişiksə, öz hüquqi-tarixi ərazimizdə Xankəndində, Əsgəranda və s. sülənən, deyilənə görə İnterpolla beynəlxalq axtarışa verdiyimiz Araikləri, Bakoları, Vitalikləri tutub Bakıda məhkəmə qarşısına çıxarmağı bacarmamışıqsa……., İrəvanı almaqdan danışmaq tez və həm də gülünc deyilmi?..
Əgər bu gün Tərtər qətliamı və Rusiyanın arxasında dayandığı “KQB”-“FSB”-“QRU”-…-korrupsiya şəbəkəsinin törətdiyi digər kütləvi cinayətlər, korrupsiya faktları haqda danışanlar, hətta Tərtər zərərçəkmişlərinin özləri, onların valideynləri, vəkilləri bu cinayətləri təşkil edən Kreml rezidenturası, agenturasının yaratdığı bir reallıqda özlərini təhlükəsiz hiss etmirlərsə, Bakı küçələrində sərbəst gəzə bilmirlərsə, yəni vətəndaşlarımız üçün belə təhlükələr yaradan düşmən şəbəkələrini ifşa edib zərərsizləşdirə bilməmişiksə, İrəvanı almağın nə faydası olar ki, bu xalqa?..
P.S. Bu gün Kremldəki işğalçı, cinayətkar imperiya rejiminə və digər düşmən qüvvələrə xidmət edən qeyd etdiyimiz cinayətkar şəbəkələr bu sətirlərin müəllifini də, onlar haqqında gerçəkləri deməyə çalışan digərlərini də, onların övladlarını, yaxın qohumlarını da müxtəlif yollarla şərlədə, həbs etdirə, hətta həyatına son qoya bilər… Nə olsun? Nə vaxta qədər?.. Bütün xalqı məhv edəcəksinizmi siz, ey çökməkdə olan, sonuna az qalmış imperiyanın inventarları, tulaları, əsil Vətən xainləri? Allaha da şər atacaqsınızmı? Yazıqlar olsun sizlərə?.. Necə ki, yazıq olmusuz… Axirətdəki- Cəhənnəm odundakı yazıq günlərinizi də apaydın görürük… Sultan Laçın