• 23 Sentyabr 2024 07:25

Yaşamaq üçün ən bahalı və ucuz ölkələr – Siyahı

Ölkədə yaşayış qiyməti kirayə haqqı, ərzaq, restoran, nəqliyyat və kommunal xidmətlər də daxil olmaqla istehlak mallarının qiyməti, yerli vətəndaşların alıcılıq qabiliyyəti kimi bir sıra amillərdən asılıdır. Əksər miqrantlar köçmək istədikləri ölkəni yaşayış qiymətinə əsasən seçirlər.

“Numbeo” dünyanın yaşayış üçün ən bahalı və ucuz ölkələrinin siyahısını hazırlayıb.

Belə ki, bu reytinqdə ölkəmiz 30.6 indekslə 140 ölkə arasında 117-ci yeri tutur.

Qonşularımız: Rusiya 32,1 indekslə 110-cu, Türkiyə 27,1 indekslə 131-ci, İran 28,4 indekslə 128 yerdə qərarlaşıb.

2023-cü ildə yaşamaq üçün ən bahalı 5 ölkə:

1. Bermud adaları – 141,1

2. İsveçrə – 117,3

3. Kayman adaları – 115,4

4. Baham adaları – 93,7

5. İslandiya – 87,7

 

2023-cü ildə yaşamaq üçün ən ucuz 5 ölkə:

1. Pakistan – 17,6

2. Misir – 21,7

3. Hindistan – 22,9

4. Nigeriya – 23,2

5. Liviya – 23,9

Tacxeber.com

Oxşar xəbərlər