• 27 İyul 2024 06:32

“Çingiz müəllim yenə də səhv yoldadır” – Mirşahin Ağayev

“Çingiz müəllim yenə də səhv yoldadır” - Mirşahin Ağayev

 REAL TV-nin baş direktoru Mirşahin Ağayev Xalq yazıçısı Çingiz Abdullayevlə bağlı paylaşım edib.

Tacxeber.com xəbər verir ki, jurnalist yazçının son günlər tənqid olunması və Çingiz Abdullayevin hətta ölkəni tərk etmək niyyətində olmasını düzgün addım hesab etmədiyini qeyd edib:

“Böyük” cəhiliyyə Böyük Çingiz Abdullayevə qarşı! Əslində qanunauyğunluqdur! Belə də olmalıydı. Vaxtında Çingiz Abdullayev( elə onun kimi başqaları da) qaragüruhun hücumuna məruz qalan düşüncə sarbanlarını müdafiə etməkdən çəkinməməli, “qoy abırımı qoruyum” deməməli, var gücü ilə savaşmalı, Qara qələm Güruhuna yerini göstərməli idi. Çingiz müəllim yenə də səhv yoldadır. Öz ölkəsini buraxıb harasa getmək haqqında yox, kirdən qartmaq bağlamış cahiliyyəni necə susdurmaq, hər şeyi və hər kəsi adı ilə çağırmaq barəsində fikirləşməlidir. İoneskunun “Kərgədan”-ını oxuyun Çingiz müəllim! Mütləq oxuyun! Sizə və Bizə hücum edənlər haqqındadır! Əsərin sonu çox dəhşətlidir. Vuruşun! Qalib gəlin! Ordudan qaçmağı, total məğlubiyyəti aşılayanları, övladına əsgərliyə getməməyi təlqin edənləri, Böyük Azərbaycan mədəniyyətini, söz azadlığını, gerçək şeir və əsl nəsri gözdən salanları, uğura və uğurlulara paxıllıq edən uğursuzları açıq döyüşdə məğlub etmək lazımdır, meydanı bu şəbəkə əbləhlərinə buraxmaq haqqında düşünmək yox! Çingiz Abdullayev addır! Onlar bu adı, belə adları batırmaq, bulaşdırmaq istəyirlər!”.

Tacxeber.com

Oxşar xəbərlər