İraq əsilli qaçqın Salman Momika İsveçin Malmö şəhərində daha bir quranyandırma aksiyası təşkil edib.
Aksiya kütləvi iğtişaşa səbəb olub. Miqrantların yaşadığı məhəllədə baş verən qarşıdurmada 200-dən çox adam iştirak edib.
Aksiyanı təşkil edən şəxs hadisə yerindən uzaqlaşsa da, narazı kütlə ərazini tərk etməyib. Onlar polis kordonunu yarmağa cəhd ediblər. Qarşıdurma zamanı ondan çox adam saxlanılıb./APA