• 22 Sentyabr 2024 08:53

Kinostudiyanın liftinin işləməməsi kədərlidir – Ramiz Rövşən 

“Şuşaya bayraq sancan bir xalqın, ölkənin kinostudiyasının liftinin işləməməsi kədərlidir”.

Modern.az xəbər verir ki, bunu Xalq şairi Ramiz Rövşən “Azərbaycan dili və ədəbiyyatı” Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə mədəniyyət sahəsinə diqqət ayrılmalıdır:

“Mədəniyyət sahəsi daha da inkişaf etdirilməlidir. Mən inanıram ki, keçirilən bu cür forumlar öz nəticəsini verəcək və problemlər öz həllini tapacaq”.

Xalq şairi qeyd edib ki, müəllif hüquqlarını qorumaq ciddi məsələdir və əməl edilməlidir:

“Eyni zamanda, əlavə edim ki, heç bir şair başqasına mane olmur. Tövsiyəm budur ki, bir-birinizi qısqanmayın”.

Tacxeber.com

Oxşar xəbərlər