• 21 Sentyabr 2024 16:52

Ərdoğan-Putin görüşü: Heyrətamizdir, tufan yatdı, günəş çıxdı – VİDEO

 

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə danışıqlar aparmaq üçün Soçidədir.

Tacxeber.com xəbər verir ki, Rusiya teleqram kanalları V.Putinin Soçidə R.T. Ərdoğanı qarşıladığı anların videosunu paylaşıb.

Liderlər əl sıxışaraq görüşüblər. Türkiyə prezidentinin “buralar çox gözəldir, bizim Qaradəniz kimi” sözlərinə Putin gülümsəyərək “eynilə” cavabını verib.

Rusiyalı politoloq Sergey Markov iki dövlət başçısının görüşünü belə şərh edib:

“Putin və Ərdoğan arasında danışıqlar başladı və dərhal burada saatlarla davam edən güclü leysan və tufan başa çatdı. Günəş çıxdı, iki böyük dövlətin iki liderini qarşıladı. Tamamilə heyrətamizdir. Hətta Soçidəki çimərliklər pis hava şəraitinə görə bağlıdır, lakin danışıqlar günəşlidir!”

 

Oxşar xəbərlər