Kürdəmirdə baş vermiş zəlzələ nəticəsində bəzi evlərdə çatlar əmələ gəldi Hadisə 04 Sentyabr 2023 00:18 220 PaylaşKürdəmirdə baş vermiş zəlzələ nəticəsində rayonun bir neçə kəndlərindəki evlərdə çatlar əmələ gəlib.Çatlar əsasən rayonun Ərəbxana, Atakişili və Xırdapay kəndlərində qeydə alınıb.Hal-hazırda aidiyyəti qurumların əməkdaşları rayonun digər ərazilərində fəsadların baş verib-verməməsi ilə bağlı araşdırma aparırlar.Xatırladaq ki, sentyabrın 3-də, saat 20:35-də Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub./ReportTacxeber.com