• 21 Sentyabr 2024 00:30

“Lüks nədir?” videosu ilə gündəm olan aktrisanın evi gülüş doğurdu

“Lüks nədir?” videosu ilə gündəm yaradan türkiyəli aktrisa Tuba Büyüküstün Parisdəki evindən paylaşımları ilə sosial mediada tənqidlərə məruz qalıb.  

Tacxeber.com xəbər verir ki, uzun zamandır övladları ilə birgə Parisdə yaşayan aktrisa lüks evindən video paylaşması izləyicilərində qıcıq yaradıb.

Paylaşımdan sonra sosial şəbəkə istifadəçiləri Büyüküstünü tənqid edib. İzləyicilər “Parisdəki evindən doğulduğun coğrafiyaya qədər fəlsəfə etmədir lüks” –deyə rəylər yazıblar.

Qeyd edək ki, Tuba Büyüküstün səs-küyə səbəb olan videosunda “Lüks nədir?” “Çoxlu pula sahib olmaq və bu pula maşın, təyyarə, çanta ala bilmək lüksdür? Yoxsa xüsusi hissələrə sahib olmaq? Heç kimdə olmayan tək şey? Ya da sadəcə özünüz olmaq? Sadə olmaq sakit, sadə və ya dəlilikdir. Hər necəsənsə elə özün ola bilmək və başqa şeylərə ehtiyac duymamaq lüksdürmü?” – sözlərini işlətmişdi.


 

Oxşar xəbərlər